...

"Azərbaycan İnvestisiya Şirkəti" neft terminalının tikintisi üçün xarici investorlarla danışıqların statusunu elan edib

Energetika Materials 23 May 2007 19:21 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend İ.Xəlilova/ "Azərbaycan İnvestisiya Şirkəti" (AİŞ) SC Azərbaycanın Qaradağ rayonunda yeni neft terminalının tikintisi layihəsində iştirak üçün potensial investorlarla danışıqları fəallaşdırıb. Bu barədə AİŞ-in icraçı direktoru Anar Axundov məlumat verib.

"AİŞ layihənin əsas səhmdarı olan "Qafqaztransservis" şirkətinə terminalın tikintisi üçün kredit resurlarının cəlb olunmasında istənilən dəstəyi göstərir" - deyə Axundov bildirib. "Qafqaztransservis" şirkətləri "Azersun Holding" tərəfindən təsis olunub.

Danışıqlar İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və digər maliyyə strukturları ilə aparılır.

"Layihədə iştirakçıların siyahısı məhdudlaşmır, lakin indiki mərhələdə kredit iştirakı üçün xarici borc almaların cəlb olunmasına üstünlük verilir" - deyə AİŞ rəhbəri dəqiqləşdirib.

"Azərbaycan İnvestisiya Şirkəti"nə layihədə 25 faizədək səhmdar iştirakı veriləcək.

Mayın sonuna qədər Amerikanın "Nexand" şirkəti tərəfindən genişləndirilmiş dəqiq biznes-planın alınması gözlənilir.

Axundovun sözlərinə görə, layihənin qiymətləndirilməsindən sonra investorların dairəsi dəqiqləşdiriləcək. Belə ki, bundan asılı olaraq maraq arta və ya azala bilər.

"Biz maksimal sayda institusional investorların iştirakında maraqlıyıq, bu da onları daha səmərəli və effektiv şərtlərlə cəlb etməyə imkan verəcək" - deyə AİŞ rəhbəri bildirib.

Terminallar "BP"nin fəaliyyətdə olan Səngəçal terminalından dörd kilometr aralıda yerləşəcək.

Terminalın 600 min kubmetrə qədər artırılma imkanı olan anbarlarının həcmi birinci mərhələdə 200 min kubmetr təşkil edəcək. Dəmir yolu ilə göndərilmə gücü ildə 25 mln. ton, boşaldılıb-yüklənmə gücü ildə 50 mln. ton təşkil edəcək. Terminal Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə birləşəcək və kəmərə ildə 30 mln. ton nəql etmək qabiliyyətinə malik olacaq.

Xəbər lenti

Xəbər lenti