...

Azərbaycan Dövlət Neft Şirkəti yeni sualtı qaz kəməri tikəcək

Energetika Materials 8 İyun 2007 19:55 (UTC +04:00)

Azərbaycan, Bakı/müxbir Trend /Azərbaycan Dövlət Neft Şirkəti (ADNŞ) yeni sualtı qaz kəmərinin tikintisinə başlayır. Bu barədə cümə günü ADNŞ-dən məlumat verilib.

66,5 kilometr uzunluqda olacaq yeni boru kəməri "Neft Daşları" və "Bahar" yataqları arasında çəkiləcək. Onun ötürücülük qabiliyyəti sutkada 5-5,5 mln. kubmetr səviyyədə nəzərdə tutulur. Diamerti 508 mm olacaq.

Bu boru kəməri vasitəsilə sahilə "Günəşli" yatağından qaz nəql olunacaq. Dövlət Neft Şirkətinin "Günəşli" yatağında şəxsi qazının artırılması üzrə proqramına əsasən, 2008-ci ildə qaz 2006-cı ildən iki dəfə çox hasil olunacaq. Bu qazın nəqli üçün yeni boru kəmərləri lazımdır. Çəkiləcək qaz kəməri üçüncü olacaq.

Boru kəmərinin çəkiləcəyi yerdə dənizin dərinliyi 10-12 metrdən 30 metrədək təşkil edir. Boru kəmərinin tikintisini ADNŞ-in "Neftqaztikinti" tresti "Süleyman Vəzirov" borudüzücü gəmisindən həyata keçirəcək. İyul-avqustda borular "EUPECC" müəssisəsində betonla örtüləcək.

Xəbər lenti

Xəbər lenti