...

Argentina may ayına qədər BVF-lə razılaşma əldə etməyi düşünür

Maliyyə Materials 31 Yanvar 2021 06:30 (UTC +04:00)
Argentina may ayına qədər BVF-lə  razılaşma əldə etməyi düşünür

Bakı. Trend:

Argentina hökuməti Beynəlxalq Valyuta Fondu (BVF) ilə bu ilin may ayına qədər borcların ödənilməsi ilə bağlı yeni razılaşmalar əldə etməyə çalışır.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın iqtisadiyyat naziri Martin Qusman məlumat verib.

Onun aydınlaşdırdığı kimi, 44 milyard dollar məbləğində borcun ödənilməsinə dair müqavilə bağlamaq üçün Argentina rəhbərliyi büdcə çatışmamazlığını azaltmağa hazırdır. Qusmanın planına əsasən bunu gerçəkləşməsi üçün sərt iqtisadi tədbirlər nəzərdə tutulmur.

Nazir Argentinanın mövcud borclarını təxminən on il ərzində ödəyə biləcəyini ehtimal edən proqram üçün təsdiq istəyir.

Ölkə bir neçə ildir iqtisadi artım templərini bərpa edə bilmir və ən yüksək inflyasiya olan ölkələr sırasındadır. 2018-ci ilin may ayında milli valyutanın kəskin düşməsi fonunda Argentinanın əvvəlki prezidenti Maurisio Makri kömək üçün BVF-yə müraciət edib. Fond latınamerikan ölkəsinə 57 milyard dollarlıq yardımla təmin edib. İmzalanan razılaşmada inflyasiya və büdcə kəsirlərinin azaldılmasına yönəlmiş bir sıra islahatlar nəzərdə tutulub.

2019-cu ildə yeni prezident Alberto Fernandez BVF-dən təsdiqlənmiş kreditin qalan hissəsini (11 milyard dollar) köçürməsini istəmək niyyətində olmadığını bildirib. Argentina iqtisadiyyatına inkişaf etmək və borclarını ödəmək şəraitini yaratmaq öçün, o, ödənişlərin təxirə salınması ilə bağlı borc verənlərlə razılığa gəlməyi lazım hesab etdiyini açıqlayıb.

2020-ci ilin mayında Argentina kreditorlara 503 milyon dollar borc ödəmədiyi üçün defolt vəziyyətində qalıb. Avqust ayında Buenos Ayres əcnəbi qiymətli kağız sahiblərinin əsas qrupları ilə razılığa gəldiyini açıqlayıb. Argentinanın fərdi kreditorların qarşısında borcu o zaman üçün 68 milyard dollardan artıq olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti