...

COP29 Azərbaycanın ekoturizm, aqrar və dayanıqlı turizm kimi sahələrdə potensialını nümayiş etdirəcək

Yaşıl iqtisadiyyat Materials 23 May 2024 15:30 (UTC +04:00)
COP29 Azərbaycanın ekoturizm, aqrar və dayanıqlı turizm kimi sahələrdə potensialını nümayiş etdirəcək
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

COP29 Azərbaycanın ekoturizm, aqrar və dayanıqlı turizm kimi sahələrdə potensialını nümayiş etdirəcək.

Trend xəbər verir ki, bu barədə bu gün Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova COP29 müddətində xarici qonaqların yerləşdirilməsi və turizm imkanlarının təqdimatına həsr olunmuş mətbuat konfransında çıxışında deyib.

"COP29 ölkəmizin tarixi, mədəniyyəti, maddi və mədəni milli irsinin tanınmasına imkan yaradacaq. Bundan başqa, konfrans Azərbaycanın ekoturizm, aqrar və dayanıqlı turizm kimi yeni sahələrdə geniş potensialı barədə məlumatlılığı artıracaq", - o deyib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. gər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti