Bakı. Trend:
COP29-un keçirilməsi Azərbaycanın dünya arenasında nüfuzunu vurğulayır.
Bunu Trend-ə Dini liderlərin Qlobal Bakı Sammiti çərçivəsində Vatikanın Dinlərarası dialoq üzrə Papa Şurasının İslam üzrə baş eksperti monsenyor Xalid Akaşeh deyib.
“Bu konfrans böyük əhəmiyyətə malikdir və biz bu tədbirə hazırlıq çərçivəsində dini liderlərin görüşünü təşkil edirik ki, bu da onun əhəmiyyətini daha da artırır. COP29-un keçirilməsi Azərbaycanın dünya arenasında nüfuzunu vurğulayan böyük beynəlxalq hadisədir”, - o qeyd edib.
Qeyd edək ki, Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP 29) çərçivəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii sərvətlər Nazirliyi, Dini qurumlarla iş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf mühit Proqramı tərəfindən Dini Liderlərin Qlobal Bakı Sammiti keçirilir.
Sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzlu dini mərkəzlərin başçıları - Patriarxlar, Vatikan və Əl-Əzhər rəsmiləri, müxtəlif qitələri, konfessiyaları təmsil edən və dünya miqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri, ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri, həmçinin, KİV nümayəndələrinin iştirakı nəzərdə tutulur.