...

Azərbaycan və Baltikyanı ölkələr "yaşıl" enerji sahəsində əməkdaşlıq üçün real potensiala malikdirlər

Yaşıl iqtisadiyyat Materials 22 Oktyabr 2025 11:47 (UTC +04:00)
Azərbaycan və Baltikyanı ölkələr "yaşıl" enerji sahəsində əməkdaşlıq üçün real potensiala malikdirlər
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün baş tutan tədbir Azərbaycan ilə Latviya, Estoniya və Finlandiya iş dairələri arasında iqtisadi tərəfdaşlığın möhkəmlənməsində yeni mərhələ olacaq.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi Ziya Hacılı Azərbaycan, Latviya, Estoniya və Finlandiya sahibkarlarının B2B formatında keçirilən görüşləri çərçivəsində təşkil olunan konfransda bildirib.

Onun sözlərinə görə, Baltik və Şimali Avropa ölkələri innovativ iqtisadiyyatları, dayanıqlı sənaye modelləri və qabaqcıl rəqəmsal həlləri ilə bütün dünyada tanınır.

Baş katib həmçinin qeyd edib ki, Azərbaycan isə öz növbəsində Cənubi Qafqazın iqtisadi mərkəzi, enerji, nəqliyyat, logistika və müasir kənd təsərrüfatı sənayesində regional lider kimi yeni əməkdaşlıq imkanları təqdim edir.

O vurğulayıb ki, hazırkı görüş çox mühüm bir addımdan – Milli Sahibkarlar Konfederasiyasının üç ölkənin sahibkar birlikləri və sənaye təşkilatları ilə Anlaşma Memorandumu imzalamasından sonra keçirilir.

Ziya Hacılının sözlərinə görə, bu razılaşmalar sadəcə rəmzi xarakter daşımır, əksinə, işgüzar dairələr arasında uzunmüddətli və institusional əməkdaşlıq üçün praktiki bir “yol xəritəsi” rolunu oynayır.

O bildirib ki, birgə fəaliyyət üçün real potensial “yaşıl” enerji və bərpa olunan texnologiyalar, rəqəmsal iqtisadiyyat və innovativ ekosistemlər, o cümlədən startap sahəsində əməkdaşlıq, eləcə də kənd təsərrüfatı və qida sənayesi kimi əsas istiqamətlərdə mövcuddur.

O əlavə edib ki, son on il ərzində Azərbaycan hökuməti aqrar sektorun inkişafına yönəlmiş müxtəlif strategiya və fəaliyyət planlarını təsdiqləyib və bu gün Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər dövlət qurumları investorları fəal şəkildə dəstəkləyir.

Bundan əlavə, onun sözlərinə görə, Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracı üçün əlverişli şərait yaradır – vergi və gömrük güzəştləri, həmçinin MDB və İslam ölkələri ilə ticarətdə rüsumdan azadolma rejimi tətbiq olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti