Azərbaycan, Bakı / Trend , müxbir S.Babayeva/ Azərbaycanın Rabitvə və İnformasiya Texnologiyaları Nazirliyinin tərkibinə daxil olan "Baktelekom" ilin sonuna qədər köhnə ATS-lərin bərpasını başa çatdıracaq, bu barədə bazar ertəsi istehsal birliyinin baş direktoru Beytulla Hüseynov məlumat verib.
Onun sözlərinə görə, "Alcatel" şirkətinə Bakı telefon şəbəkəsinin 471/472/473, 474/475/476 və 423 indeksli köhnə ATS-lərinin bərpası məqsədilə avadanlıq sifariş olunub. Stansiyalarda Next Generation Network (NGN) avadanlığı quraşdırılacaq. Stansiyanın tutumu 90 min nömrə təşkil edir, təmirdən sonra isə, tutum 125 min nömrəyə qədər genişləndiriləcək.
Bakının telefon rabitəsinin elektronlaşdırma səviyyəsi 80%-dən çoxdur. Rabitə Nazirliyi 2008-ci ilə qədər bütün ölkənin telefon şəbəkəsini bərpa etməyi planlaşdırır.