Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir S.Babayeva/ Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi (İB) Azərbaycanın daha bir regionunda- Salyan rayonunda (paytaxtın 126 km-də yerləşir) NGN (Next Generation Network) şəbəkəsi quraşdıracaq. İB-dan verilən məlumata görə, çərşənbə günü rayonun mərkəzi ATS-nin NGN texnologiyası əsasında tam yenidən qurulması üçün tender elan edilib.
Tender təklifləri aprelin 10-na qədər Salyan telekommunikasiya şöbəsinə təqdim edilməlidir. Tenderdə iştirakın dəyəri 3 min manat təşkil edir.
Əvvəllər analoji şəbəkə Şamaxıda və rayonun 23 kəndində tikilib və istifadəyə verilib. Bundan sonra regionun bütün sakinləri IP-telefoniya, İnternet, televiziya və DATA-xidmətindən istifadə etmək imkanı əldə ediblər. Bunun üçün bütün kənd ATS-ləri və Şamaxının mərkəzi ATS-də Sloveniyanın "Iskratel" avadanlığı quraşdırılıb.
NGN (gələcək nəsil şəbəkəsisi) çoxsaylı universal şəbəkədən ibarətdir. O, kommutasiya zərflərindən istifadə vasitəsilə danışıq, təsvir və məlumatların ötürülməsi üçün təyin edilib. NGN şəbəkəsi telekommunikasiya trafiklərinin müxtəlif növləri üçün lazım olan xidmət keyfiyyətini təmin edir. Yuxarıda göstərilən texnologiyanın tətbiqi abunəçilərə VoIP-telefoniya, səs poçtu, məlumatların ötürülməsi, multimediya xidmətləri, virtual xüsusi şəbəkə, məlumatların unifikasiya mübadiləsi, məlumatların ani mübadiləsi, interaktiv nitq cavabı sistemi üzrə xidmət, interaktiv oyunlar, videokonfrans və ev meneceri kimi xidmətlərdən istifadə etmə imkanı verəcək.