Azərbaycan, Bakı, 05 dekabr/ Trend /Azərbaycanın mobil rabitə operatoru Azercell Telecom həm fakturalı xətt abonentləri, həm SimSim abonentləri üçün rouminq ərazisini genişləndirir. Şirkətin məlumatında bildirilir ki, indi SimSim abonentləri İtaliya və Belarusiyada da öz nömrələrindən istifadə edə biləcəklər.
Azercell 14 ölkədə 18 mobil şəbəkə operatoru "Camel" xidmətinə qoşulub.
İndiyədək SimSim abonentləri Türkiyə, Ukrayna, Rusiya, Gürcüstan, Birləşmiş Ərəb Əmirliklərində, Moldovada, İsraildə və Qazaxıstanda rouminq xidmətindən istifadə edirdilər.
Azercell, 2007-ci ilin iyulunda Azərbaycanda ilk dəfə olaraq SimSim abonentləri üçün "RoamCELL" xidmətini istifadəyə verib. Bu xidmət, ilk olaraq, Türkiyənin Turkcell operatoru ilə reallaşdırılıb.
"RoamCELL" xidmətini aktivləşdirmək üçün Azərbaycanın hüdudlarını keçməzdən əvvəl *135*1#YES düymələrini yığmaq kifayətdir.
Azercell Telecom Azərbaycanda ən böyük GSM operatorudur və 3,5 mln. abonentə xidmət göstərir.