...

Azercell öz abunəçilərini şəbəkənin təkmilləşdirilməsi işləri zamanı bəzi çətinliklərin yaranacağı ilə bağlı xəbərdar edir

Telekommunikasiya Materials 5 May 2009 13:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 may / Trend /

Azərbaycanın mobil rabitə operatoru Azercell Telecom öz abunəçilərini 5-8 may tarixləri arasında gecə zəngləri və başqa xidmətlərin göstərilməsi zamanı bəzi çətinliklərin yaranacağı ilə bağlı xəbərdar edir.

Şirkətin məlumatında deyilir ki, bu, operatorun şəbəkənin təkmilləşdirilməsi işləri ilə bağlıdır. Şirkət rabitə keyfiyyətinin yaxşılaşdırılması üzrə işləri mütəmadi olaraq aparır.

Azercell Telecom ölkənin ən böyük mobil rabitə operatorudur və 3,5 milyondan çox abunəçiyə xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti