...

Azərbaycan seqmentinin şimal istiqamətində Backbone şəbəkəsinə qoşulması müvəqqəti çəkilmiş optik kabel xətti vasitəsilə həyata keçirilir

Telekommunikasiya Materials 15 Oktyabr 2009 20:46 (UTC +04:00)
Optik kabel magistralının sıradan çıxmasına səbəb olan dünənkı qəzadan sonra, azərbaycan seqmentinin şimal istiqamətində Backbone şəbəkəsinə qoşulması müvəqqəti çəkilmiş optik kabel xətti vasitəsilə həyata keçirilir. Bu barədə Trend Capital-a Delta Telecom şirkətini texniki işlər müdiri Rahid Ələkbərli dedi.
Azərbaycan seqmentinin şimal istiqamətində Backbone şəbəkəsinə qoşulması müvəqqəti çəkilmiş optik kabel xətti vasitəsilə həyata keçirilir

Bakı, Azərbaycan, 15 oktyabr / Trend müxb. Q. Vəliyev/

Optik kabel magistralının sıradan çıxmasına səbəb olan dünənkı qəzadan sonra, Azərbaycan seqmentinin şimal istiqamətində Backbone şəbəkəsinə qoşulması müvəqqəti çəkilmiş optik kabel xətti vasitəsilə həyata keçirilir. Bu barədə Trend -a Delta Telecom şirkətinin texniki işlər müdiri Rahid Ələkbərli bildirib.

Onun sözlərinə görə, hazırda trafik mübadiləsi üç istiqamətdə aparılır - Gürcüstan vasitəsilə Türkiyədən, sualtı kabel vasitəsilə İrandan və şimal istiqamətindən Rusiyadan.

Ələkbərlinin sözlərinə görə, ehtiyat xətlərinin mövcud olması sayəsində şəbəkənin istismarı böyük təsirlərə məruz qalmayıb.

Hazırda, trafikin üçdə bir hissəsi şimal istiqamətinin payına düşür. Baş vermiş hadisə nəticəsində, Azərbaycana giriş/çıxış trafikləri alternativ xətlər arasında paylandığından xətdəki durğunluq o qədər də hiss olunmayıb.

Qəza Sumqayıt yaxınlığında yerləşən 10 km-lik optik-lifli kabel xəttinin təmiri nəticəsində baş vermişdir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və Delta Telecom şirkətinin tabeçiliyində olan 200 metrlik kabel xətti tamamilə sıradan çıxmışdır. Şəbəkənin işçi qabiliyyətinin tam bərpası üçün, mütəxəssislər tərəfindən müvəqqəti optik kabel xətti çəkilmişdir. Saat 01:40-da şəbəkənin işçi qabiliyyəti tam bərpa olunmuşdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti