...

Azərbaycanda fotoköşklərin növbəti partiyasının istehsalına başlanılıb

Telekommunikasiya Materials 23 Avqust 2010 14:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir Q.Vəliyev/

"KÜR" kompüter avadanlığı istehsalı zavodu fotoköşklərin yeni partiyasının istehsalına başlayıb. Bu barədə Trend-ə müəssisədən bildiriblər.

Zavod paytaxtın ictimai yerlərində fotoköşklərin yerləşdirilməsinə maraq göstərən şirkətlərdən sifariş alıb.

Bu günədək adıçəkilən qurğular Nizami rayonunda - Heydər Əliyev adına parkda və paytaxtın internet-klublarının birində quraşdırılıb. İlin sonunadək tələbatdan asılı olaraq, bu qurğuların istehsalı artırılacaq.

Bundan əvvəl Trend-ə "KÜR"ün baş direktoru Rizvan Osmanovun bildirdiyinə görə, fotoköşklərin satış həcmi 2010-cu ildə artırılacaq. Qurğular Bakının otel, mağaza və ticarət mərkəzlərində quraşdırılacaq.

Aparata kompüterlə yanaşı, sensor ekranlar və 10x15, 13x18 və 15x23 formatlı fotoşəkillərin çap edilməsi üçün printerlər yerləşdirilib. Fotoköşkdə bir fotoşəklin qiyməti 0,25-0,30 manat təşkil edir. Köşklər qəpiklərin qəbulu üçün qurğularla və çek termosublimatik printerlərlə təchiz edilib.

Foto-köşkün proqram təminatı çəkilişləri redaktə etməyə və onları rəqəmsal daşıyıcılara yazmağa (CD, DVD-disklərə, yaddaş kartlarına və USB-lərə) imkan verir.

Konfiqurasiyadan asılı olaraq qurğuların qiyməti, orta hesabla, 5 min manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti