...

CATEL abonentləri Azerfon və BTRİB arasında bölüşdürülə bilər

Telekommunikasiya Materials 3 May 2011 11:34 (UTC +04:00)
Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Catel rabitə operatorunun CDMA seqmentini Azerfon mobil rabitə operatorunun, stasionar seqmenti isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin (BTRİB) istifadəsinə verməyi planlaşdırır.
CATEL abonentləri Azerfon və BTRİB arasında bölüşdürülə bilər

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Catel rabitə operatorunun CDMA seqmentini Azerfon mobil rabitə operatorunun, stasionar seqmenti isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin (BTRİB) istifadəsinə verməyi planlaşdırır. Trend-in məlumatına görə, bu barədə rabitə naziri Əli Abbasov bildirib.

CATEL şəbəkəsində problemlər aprelin 1-dən başlayıb. Nəticədə bu, CDMA standartında işləyən telefon sahiblərinin (417, 418 və 415 indeksli telefon nömrələri, eləcə də 040 zona kodu ilə başlayan Fonex mobil şəbəkə nömrələri) telefon şəbəkəsindən ayrılmasına gətirib çıxarıb. Şirkət bunu cihazalardakı nasazlıqlarla izah edib.

Bu gün CATEL operatoru şəbəkəsinin abonentlərinin ümumi sayı 70 minə yaxındır. Bunun təxminən 60 mini CDMA simsiz rabitə standartının abonentləridir.

Xəbər lenti

Xəbər lenti