...

Azərbaycanın nümayəndəsi Regional Rabitə Birliyinin komissiyasının sədr müavini seçilib

Telekommunikasiya Materials 28 Sentyabr 2011 13:53 (UTC +04:00)
Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Telekommunikasiya şöbəsinin müşaviri Qulam Abdullayev Regional Rabitə Birliyinin (RRB) Radiotezlik spektrlərindən və peyk orbitindən istifadənin nizamlanması komissiyasının sədr müavini seçilib.
Azərbaycanın nümayəndəsi Regional Rabitə Birliyinin komissiyasının sədr müavini seçilib

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Telekommunikasiya şöbəsinin müşaviri Qulam Abdullayev Regional Rabitə Birliyinin (RRB) Radiotezlik spektrlərindən və peyk orbitindən istifadənin nizamlanması komissiyasının sədr müavini seçilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü nazirlikdən bildirilib.

Abdullayev bu vəzifəyə 3 illiyə seçilib.

Seçkilər Rusiyanın Saransk şəhərində keçirilən RRB-nin Radioelektron vasitələrin elektromaqnit uyğunluğu və peyk rabitəsi, TV və radioverilişlər üzrə komissiyalarının birgə iclasında keçirilib.

Abdullayevin çərşənbə günü Trend-ə bildirdiyinə görə, bu komissiyalar son illər sıx əməkdaşlıq edirlər, bununla əlaqədar onların birləşdirilməsi və RRB-nin Radiotezlik spektrlərindən və peyk orbitindən istifadənin nizamlanması komissiyasının yaradılması barədə qərar qəbul edilib.

"Komissiyanın əsas fəaliyyəti MDB məkanında tele-radio yayımının inkişafı, radiotezliklərdən bərabər istifadə, peyk orbitlərinin əlaqələndirilməsi məsələlərinin müzakirəsindən ibarətdir. Bununla yanaşı, onun vəzifələrinə Avropa, Afrika və ərəb ölkələrinin analoji strukturları ilə sıx əməkdaşlıq daxildir", - o deyib.

Bir müddət əvvəl Abdullayevin dediyi kimi, Azərbaycan İTU-ya orbital mövqelərin əlaqələndirilməsi məsələləri ilə bağlı müraciət edən bir ölkə kimi bununla əlaqədar prosedur qaydalarının sadələşdirilməsini və qısa vaxt ərzində həll edilməsini istəyir.

Xəbər lenti

Xəbər lenti