...

Azərbaycanın dövlət rabitə operatoru mobil CDMA-nın tətbiqi imkanını nəzərdən keçirəcək

Telekommunikasiya Materials 10 Fevral 2012 15:44 (UTC +04:00)
Simsiz CDMA standartı şəbəkələrinin tədricən inkişafı mobil standartın işə salınmasına kömək edə bilər.
Azərbaycanın dövlət rabitə operatoru mobil CDMA-nın tətbiqi imkanını nəzərdən keçirəcək

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir H.Vəliyev/

Simsiz CDMA standartı şəbəkələrinin tədricən inkişafı mobil standartın işə salınmasına kömək edə bilər. Bu barədə cümə günü Trend-ə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyindən (İB) məlumat veriblər.

Məlumata əsasən, respublikada simsiz CDMA şəbəkəsinin tətbiqinin birinci mərhələsi yekunlaşmaq üzrədir.

"Növbəti mərhələ bu rabitə standartının iqtisadi səmərəliliyinin təsdiqi və genişləndirilməsindən ibarətdir. Bundan sonra onun mobil variantının tətbiqi haqqında qərar qəbul edilə bilər", - İB-dən qeyd ediblər.

CDMA-nın stasionar variantından hazırda işğal edilmiş ərazilər istisna olmaqla, Azərbaycanın 29 şəhər və kəndində istifadə etmək olar.

CDMA standartının mobil variantını işə salmaq üçün mobil rabitə xidmətləri təchizatçısının operator statusunu təsdiq edən əlavə lisenziya tələb olunur.

"Mobil CDMA-nı işə salmaq üçün lisenziyanın alınması şərtləri stasionara nisbətən daha tələbatlıdır. Belə ki, rabitə hər yerdə olmalıdır. Bunun üçün baza stansiyalarının artırılması tələb olunur. İndiki mərhələdə CDMA-nın mobil variantının təsdiqi məqsədəuyğun deyil", - İB-dən deyiblər.

Hazırda "Aztelekom"un Bakı və Abşeron yarımadası üzrə CDMA standartında rabitə xidməti "408" indeksi üzrə göstərilir. Ölkənin digər rayonlarında "044" şəbəkə kodu tətbiq edilir.

Xəbər lenti

Xəbər lenti