...

Azərbaycanda 723 ədəd qeydiyyatdan keçməyən müxtəlif növ radioelektron vasitə aşkarlanıb

Telekommunikasiya Materials 3 İyul 2012 16:48 (UTC +04:00)
Dövlət Radiotezliklər İdarəsinin (DRİ) Radioelektron vasitələrinin istismarına nəzarət şöbəsi tərəfindən 2012-ci ilin I rübü ərzində 723 ədəd İdarədə qeydiyyatdan keçməyən müxtəlif növ radioelektron vasitə aşkarlanıb.
Azərbaycanda 723 ədəd qeydiyyatdan keçməyən müxtəlif növ radioelektron vasitə aşkarlanıb

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Dövlət Radiotezliklər İdarəsinin (DRİ) Radioelektron vasitələrinin istismarına nəzarət şöbəsi tərəfindən 2012-ci ilin I rübü ərzində 723 ədəd İdarədə qeydiyyatdan keçməyən müxtəlif növ radioelektron vasitə aşkarlanıb. Trend-in məlumatına görə, bu barədə DRİ-nin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Ötən dövr ərzində DRİ-yə daxil olmuş göstəriş və müraciətlərə əsasən, 302 təşkilat, müəssisə və şirkətlərdə istsmar olunan radioelektron vasitələrə (REV) texniki baxış keçirilib və müvafiq qaydada aktlar tərtib edilib.

Qeydiyyatdan keçməyən REV-in ümumi sayından 143 ədədi qeydiyyata salınıb, 274 ədədi möhürlənib, 1 ədədi silinib və 305 ədədin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.

Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 37 protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.

Xəbər lenti

Xəbər lenti