...

Nar Mobile yazı müsabiqəsinin qalibini təbrik edir

Telekommunikasiya Materials 11 Sentyabr 2012 13:39 (UTC +04:00)
Nar Mobile start verdiyi “Azərbaycanın rabitə sahəsinin inkişafında xüsusi tövhəsi olan insanlar” mövzusunda yazı müsabiqəsinin qalibini elan etdi.
Nar Mobile yazı müsabiqəsinin qalibini təbrik edir

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

Nar Mobile start verdiyi "Azərbaycanın rabitə sahəsinin inkişafında xüsusi tövhəsi olan insanlar" mövzusunda yazı müsabiqəsinin qalibini elan etdi.

Nar Mobile mobil operatoru iyul ayında jurnalistlər arasında start verdiyi "Azərbaycanın rabitə sahəsinin inkişafında xüsusi tövhəsi olan insanlar" mövzusunda yazı müsabiqəsinin qalibini təyin edib.

Belə ki, münsiflərin yekun rəyi ilə Modern.az portalının əməkdaşı Sevinc İltifatqızı "Alo, aparatda danışan Əhmədovdur..." başlıqlı məqaləsi ilə qalib elan olunub.

Bununla da, Nar Mobile həm ilk yeri qazanmış qalibimizi və həmçinin digər iştirakçıları təbrik edir və gələcək fəaliyyətində uğurlar arzulayır. Bütün iştirakçılar ən yaxın zamanda Nar Mobile ofisinə dəvət olunaraq, rəsmi mükafatlandırılma mərasimində dəyərli hədiyyələrlə təltif olunacaqlar.

Qeyd edək ki, müsabiqə Milli Mətbuat günü ilə əlaqədar olaraq jurnalistlər arasında keçirilib və bir ay müddətində davam edib.

Nar Mobile hər zaman mətbuat nümayəndələri ilə əməkdaşlığı yüksək qiymət verərək, hər il jurnalistlər üçün müxtəlif tədris proqramları, kampaniyalar, müsabiqələr və görüşlər keçirir. Sonda, Nar Mobile bir daha qaliblərimizə müsabiqədə iştirak etdikləri üçün təşəkkür edir.

Xəbər lenti

Xəbər lenti