...

Azərbaycan İKT-nin inkişafı indeksi üzrə mövqeyini yaxşılaşdırıb

Telekommunikasiya Materials 12 Oktyabr 2012 12:27 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU-International Telecommunication Union) hesabatında informasiya-telekommunikasiya texnologiyalarının inkişafı indeksi üzrə beş pillə irəliləyərək 73-cü yerdən 68-ə qalxıb.
Azərbaycan İKT-nin inkişafı indeksi üzrə mövqeyini yaxşılaşdırıb

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU-International Telecommunication Union) hesabatında informasiya-telekommunikasiya texnologiyalarının inkişafı indeksi üzrə beş pillə irəliləyərək 73-cü yerdən 68-ə qalxıb. Bu barədə cümə günü ITU-nun saytında dərc olunmuş "İnformasiya cəmiyyətinin ölçülməsi - 2012" hesabatında bildirilir.

ITU-nun qiymətləndirmələrinə görə, 2011-ci il üzrə Azərbaycanın IDI indeksi 4,39 təşkil edib.

Azərbaycan həm mütləq, həm də nisbi ifadədə IDI indeksi üzrə əhəmiyyətli yaxşılaşmaya nail olub. Respublikada həm subindeksə çıxış, həm də subindekstdən istifadə üzrə yüksək templər müşahidə olunur ki, bu da informasiya cəmiyyətinin inkişafını göstərir.

Azərbaycan 2010-cu illə müqayisədə 2011-ci ildə IDI-nin artımı üzrə yüksək göstərici - 0,57 bənd nümayiş etdirib ki, bu da qlobal dəyişikliklərin orta göstəricisindən xeyli (0,21 bənd) yüksəkdir.

Həmçinin, Azərbaycan dünyanın 155 ölkəsi arasında İKT xidmətlərinin orta qiyməti üzrə 52-ci yeri tutub.

ITU-nun məlumatına görə, Azərbaycanda İKT xidmətlərinin orta qiyməti adambaşına ÜDM-in 1,8 faizini təşkil edir. İKT qiymətlərinə fiksə olunmuş telefon rabitəsi, mobil rabitə və internetə genişzolaqlı çıxış xidmətlərinin orta dəyəri daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti