...

Azərbaycanın vergi sistemi mobil ödənişlərin və hesabatların qəbuluna başlayacaq

Telekommunikasiya Materials 8 Fevral 2013 15:46 (UTC +04:00)
Azərbaycan Vergilər Nazirliyi ən qısa müddətdə mobil rabitə vasitəsilə ödənişlərin və hesabatların qəbuluna başlayacaq.
Azərbaycanın vergi sistemi mobil ödənişlərin və hesabatların qəbuluna başlayacaq

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir A.Axundov/

Azərbaycan Vergilər Nazirliyi ən qısa müddətdə mobil rabitə vasitəsilə ödənişlərin və hesabatların qəbuluna başlayacaq. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın vergilər naziri Fazil Məmmədov cümə günü Bakıda keçirilən "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda vergi forumu çərçivəsində jurnalistlərə bildirib.

"Nazirlik hazırda mobil ödənişlərin, hesabatların qəbuluna, vergi ödəyicilərlə mobil yazışmaların aparılmasına hazırlaşır. Bu "Elektron hökumət"ə keçidin tərkib hissəsidir", - Məmmədov deyib.

Onun sözlərinə görə, Vergilər Nazirliyi e-hökumət çərçivəsində təqdim olunan elektron xidmətlərin sayına görə daha çox elektron xidmət göstərən dövlət orqanıdır.

"Hazırda vergi sistemi üzrə bu xidmətlərin sayı 57-yə çatdırılıb ki, onların 46-sı artıq faktiki tətbiq olunur. Qalan 11 xidmətin tətbiqi ilə bağlı işlər isə başa çatmaq üzrədir", - Məmmədov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti