...

Azərbaycan İKT sahəsində dünya siyasətinin müzakirəsində iştirak edəcək

Telekommunikasiya Materials 13 May 2013 11:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) telekommunikasiya və İKT sahəsində siyasət üzrə Beynəlxalq Telekommunikasiya İttifaqının (International Telecommunication Union - ITU) beşinci Ümumdünya forumunda təqdim ediləcək. Trend-in məlumatına görə, bu barədə nazirliyin bazar ertəsi yaydığı məlumatda bildirlir.

Nazirliyin verdiyi məlumata görə, yüksək səviyyəli beynəlxalq tədbirdə Azərbaycanı rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

Forum hazırda informasiya-rabitə texnologiyaları mühitində sürətlə dəyişikliklər nəticəsində yaranan siyasətin əsas məsələləri üzrə fikir mübadiləsinə imkan yaradır. Beşinci forum mayın 14-16-da Cenevrədə baş tutacaq.

Ənənəyə uyğun olaraq, forumun açılışına bir gün qalmış - mayın 13-də "Gələcək üçün genişzolaqlı rabitənin əsaslarını yaradaraq" mövzusunda strateji dialoqa həsr edilən sessiya keçiriləcək.

Strateji dialoq genişzolaqlı rabitənin tərəqqisi üçün əsas platforma kimi əhəmiyyətinin müsbət anlamına əsaslanır və genişzolaqlı rabitə məsələlərinin üstünlüklərini, onun tənzimlənməsinin əsaslarını və şəbəkələrin gələcəyini tədqiq edir.

Sessiyada genişzolaqlı inqilab və genişzolaqlı rabitənin müasir qlobal iqtisadiyyatda vacib infrastruktur kimi əhəmiyyətinin təhlili, eləcə də inkişafın sürətləndirilməsi üçün onun üstünlükləri ilə bağlı müzakirələr aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti