...

Azərbaycan dilində klaviaturanın yeni düzülüşü "Microsoft" məhsullarına inteqrasiya ediləcək

Telekommunikasiya Materials 29 May 2013 18:54 (UTC +04:00)
Azərbaycan dilində klaviaturanın yeni düzülüşü "Windows 8" əməliyyat sisteminin növbəti versiyasına inteqrasiya ediləcək. Bu barədə çərşənbə günü Trend-ə Milli Məclisin deputatı, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Hacıyev deyib.
Azərbaycan dilində klaviaturanın yeni düzülüşü "Microsoft" məhsullarına inteqrasiya ediləcək

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir H.Vəliyev/

Azərbaycan dilində klaviaturanın yeni düzülüşü "Windows 8" əməliyyat sisteminin növbəti versiyasına inteqrasiya ediləcək. Bu barədə çərşənbə günü Trend-ə Milli Məclisin deputatı, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Hacıyev deyib.

Hacıyevin sözlərinə görə, hazırda klaviaturanın yeni düzülüşü üzərində iş başa çatıb və razılığa əsasən, layihə "Microsoft"a təhvil verilib. Microsoft layihəni öz məhsulları siyahısına daxil etməyə hazırlaşır.

Hacıyev bildirib: "Klaviaturanın yeni düzülüşünə keçid vaxt tələb edir. Əlbəttə ki, köhnə düzülüş ləğv edilməyəcək və ona öyrəşmiş insanlar köhnə klaviaturadan istifadə etməyə davam edəcəklər. Rahatlıq baxımından yeni düzülüş daha optimaldır və orada Azərbaycan dilinin bütün nüansları əks olunub, halbuki buna köhnə versiyada rast gəlmək mümkün deyil".

Hacıyevin sözlərinə görə, yeni düzülüşdə yığım sürəti və barmağa düşən yükün paylaşdırılması kimi nüanslar nəzərə alınıb ki, bu da bilək nahiyəsinin daha çox təsadüf edilən xəstəliklərindən biri olan "Karpal sindromu kanalı"nın inkişafının qarşısını ala bilər.

Hacıyev hesab edir ki, klaviaturanın yeni düzülüşü "Microsoft" məhsullarında istifadə ediləcək və vaxt ötdükcə digər əməliyyat sistemləri üçün də həyata keçirilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti