...

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasındakı yerə iddia edir

Telekommunikasiya Materials 30 May 2013 16:33 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının (International Telecommunication Union - ITU) Şurasına "C" region ölkələri qrupu üzrə seçkilərdə namizədliyini irəli sürüb.
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasındakı yerə iddia edir

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının (International Telecommunication Union - ITU) Şurasına "C" region ölkələri qrupu üzrə seçkilərdə namizədliyini irəli sürüb. Bu barədə cümə axşamı Trend-ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildiriblər.

Nazirliyin məlumatına görə, seçkilər 2014-cü il 20 oktyabr - 7 noyabr aralığında Pusan şəhərində (Koreya) keçiriləcək ITU-nun səlahiyyətli konfransı çərçivəsində baş tutacaq.

2010-2014-cü illər üzrə ITU Şurasının "C" regionu üzrə üzvləri Bolqarıstan, Çexiya, Polşa, Rumıniya və Rusiyadır.

Hazırda Azərbaycanın namizədliyi ITU-nun nəzərdən keçirməsi üçün qəbul edilib və bu istiqamətdə Xarici İşlər Nazirliyi tərəfindən müvafiq işlər aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti