...

Azərbaycan şirkəti Qırgızıstanda Dünya Bankının layihəsinin tenderində iştirak edir

Telekommunikasiya Materials 28 Noyabr 2013 17:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

Azərbaycanın "Sinam" şirkəti noyabr ayında Qırğızıstanda "Mərkəzi Asiyada hidrometroloji xidmətlərin modernləşdirilməsi" layihəsi şərçivəsində Dünya Bankı tərəfindən maliyyələşdirilən və Qırğızıstan Fövqəladə Hallar Nazirliyi yanında Hidrometrologiya Agentliyi tərəfindən "QırğızHidroMet-in arxivinin üzunmüddətli saxlanma üçün elektron daşıyıcılara keçirilməsi və elektron daşıyıcılarda hidrometroloji (HM) məlumatlar Fondunun yaradılması" üzrə keçirilən açıq tenderdə iştirak edib.

Şirkətdən Trend-ə verilən məlumata görə, tenderdə 4 şirkət, o cümlədən "NSP" MMC (yerli şirkət), "Sinam" MMC (Azərbaycan), "Lanit" QSC (Rusiya) və "Empire&Redocs" (Qırğızıstan və Rusiya şirkətlərinin konsorsiumu) iştirak edib.

Layihə çərçivəsində avadanlıqların və müvafiq proqram təminatlarının təchizatı, quraşdırılması, QırğızHidroMet-in arxivində yerləşən kağız sənədlərinin rəqəmsal şəklə salınması, indeksləşdirilməsi və verilənlər bazasında saxlanması işlərinin yerinə yetirilməsi nəzərdə tutulub.

Hazırda təkliflər qiymətləndirilmə mərhələsindədir və dekabr ayının sonunadək tenderin qalibi elan olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti