...

Nazir müavini: Azərbaycanın peyk rabitəsi sahəsində gələcək addımları Fransa ilə əməkdaşlıqdan asılı olacaq

Telekommunikasiya Materials 16 May 2014 15:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir H.Vəliyev/

Azərbaycan və Fransanın peyk rabitəsi üzrə əməkdaşlığı bu sahədə Azərbaycanın atacağı addımları müəyyən edəcək. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr edilmiş elmi-praktik konfransda çıxışı zamanı deyib.

İ.Məmmədovun sözlərinə görə, Fransa Prezidenti Fransua Ollandın Azərbaycana səfəri çərçivəsində peyk rabitəsi və kosmik sənaye sahəsində əməkdaşlıq üzrə sənədlər imzalanıb.

Azərbaycan və Fransanın əməkdaşlığının əsas istiqamətləri "EADS-Astrium" şirkəti ilə "Azərkosmos" MMC arasında imzalanan anlaşma memorandumu ilə şərtləndirilib.

"EADS-Astrium" şirkəti azərbaycanlı mütəxəssislərin peyklərin idarə edilməsi sahəsində təlimi üzrə xidmətlər də təklif edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti