...

Mobil rabitə xidmətlərindən gəlirlər artıb

Telekommunikasiya Materials 17 Fevral 2015 16:56 (UTC +04:00)
Azərbaycanın informasiya və rabitə sektorunda bu ilin yanvar ayında təsərrüfat subyektlərinə və əhaliyə 133,6 milyon manatlıq xidmət göstərilib.
Mobil rabitə xidmətlərindən gəlirlər artıb

Azərbaycan, Bakı, 17 fevral /Trend/

Azərbaycanın informasiya və rabitə sektorunda bu ilin yanvar ayında təsərrüfat subyektlərinə və əhaliyə 133,6 milyon manatlıq xidmət göstərilib.

Trend Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən məlumat verir ki, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə göstərilən xidmətlərin müqayisəli qiymətlərlə həcmi 13,9 faiz artıb.

Ölkədə əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 72,2 faizə bərabər olub.

Hesabat dövründə əldə olunmuş gəlirlərin ümumi həcmindən 52,5 faiz mobil rabitə xidmətlərinin payına düşüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə mobil rabitə xidmətlərindən əldə edilmiş gəlirlərin həcmi 3,5 faiz artaraq 70,2 milyon manat təşkil edib.

Qeyd edək ki, ötən il ərzində təsərrüfat subyektlərinə və əhaliyə 1,6 milyard manatlıq xidmət göstərilib, onların 56,5 faizi mobil rabitə xidmətlərinin payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti