...

Azərbaycanın II peyki üçün orbital mövqe müəyyənləşdi

Telekommunikasiya Materials 17 Fevral 2015 20:27 (UTC +04:00)
"Intelsat" beynəlxalq peyk rabitəsi təşkilatı və "Azərkosmos" ASC 45 dərəcə şərq uzunluğu orbital mövqeyindən birgə istifadə haqqında strateji saziş imzalayıblar.
Azərbaycanın II peyki üçün orbital mövqe müəyyənləşdi

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir Maksim Tsurkov/

"Intelsat" beynəlxalq peyk rabitəsi təşkilatı və "Azərkosmos" ASC 45 dərəcə şərq uzunluğu orbital mövqeyindən birgə istifadə haqqında strateji saziş imzalayıblar. Bu barədə Trend "Intelsat"a istinadən məlumat verir.

Tərəflər Azerspace-2/Intelsat 38 peykinin layihələndirilməsi məsələsində sıx əməkdaşlıq edəcəklər, istehsalat və inkişaf mərhələləri prosesində səy və imkanlardan istifadə edəcəklər.

Qeyd edək ki, ikinci peykin orbitə buraxılması 2017-ci ilə planlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti