Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir Hüseyn Vəliyev/
Azərbaycan İranla sərhəd ərazilərdə FM-radionun yayımı üçün 105 Meqahers vahid tezlik diapazonunu tətbiq edib. Bunu Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə deyib.
Vahid tezliyin tətbiqi sərhəd ərazilərdə yaranan maneələri aradan qaldırmağa imkan verib.
Hazırda həmin tezlikdə FM-radionun yayımı Azərbaycanın Lerik və Astara rayonlarında aparılır. BurcFM, XəzərFM, ArazFM, "Azad Azərbaycan" və başqa radiokanallar vahid tezlik diapazonuna keçirilib.