...

Azərbaycanda rəqəmsal yayıma keçid uzana bilər

Telekommunikasiya Materials 27 Avqust 2015 14:10 (UTC +04:00)
Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) rəqəmsal yayıma keçidlə bağlı ölkə əhalisinin hazırlığını öyrənir.
Azərbaycanda rəqəmsal yayıma keçid uzana bilər

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) rəqəmsal yayıma keçidlə bağlı ölkə əhalisinin hazırlığını öyrənir. Trend xəbər verir ki, bu barədə jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov jurnalistlərə deyib.

O bildirib ki, Azərbaycan texnoloji olaraq rəqəmsal yayıma keçidə hazırdır, ancaq analoq yayımı da istisna etmək olmaz, belə ki, bu, əhali üçün problemlər yarada bilər: "Analoq yayımın ölkədə dayandırılması və tamamilə rəqəmsal yayıma keçidi Milli Teleradio Şurası tərəfindən tənzimlənir. Milli Teleradio Şurası bunun mənfi və müsbət tərəflərini, abunəçilər üçün problem yaradan məqamları təhlil edib, bu işə hazır olandan sonra Nazirlik bu yayımı dayandıracaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti