...

Azərbaycanda özünəxidmət terminallarında istilik üçün ödənişlər etmək mümkündür

Telekommunikasiya Materials 16 Yanvar 2016 16:20 (UTC +04:00)
“Azəristiliktəchizat” SC-nin göstərdiyi xidmətlərə görə ödənişləri artıq MilliÖN ödəmə terminallarında etmək mümkün olacaq.
Azərbaycanda özünəxidmət terminallarında istilik üçün ödənişlər etmək mümkündür

Bakı. Hüseyn Vəliyev - Trend:

"Azəristiliktəchizat" SC-nin göstərdiyi xidmətlərə görə ödənişləri artıq MilliÖN ödəmə terminallarında etmək mümkün olacaq. Bu barədə Trend-ə Komtec-dən (MilliÖN ödəmə terminallarının quraşdırılması və servis dəstəyi üzrə texniki mərkəz) bildiriblər.

Ödəmə "Kommunal ödəmələr" bölməsində aparılacaq. Ödəmə aparmaq üçün abonent kodu qeyd edilməlidir. "Ödəmə" bölməsində kod qeyd edildikdən sonra ad, soyad, ünvan və abonentin borcu göstərilməlidir.

Ödəmə terminallarında həmçinin, "Azəristiliktəchizat" SC-nin iki xidməti üzrə (istilik və isti su) ödəmə aparmaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti