...

Nazir: Türkiyə telekommunikasiya sahəsində təcrübəsini Cənubi Qafqazda paylaşmaq istəyir

Telekommunikasiya Materials 29 Noyabr 2016 12:36 (UTC +04:00)
Türkiyə telekommunikasiya sahəsində əldə etdiyi təcrübəni Cənubi Qafqaz regionunda paylaşmaq istəyir.
Nazir: Türkiyə telekommunikasiya sahəsində təcrübəsini Cənubi Qafqazda paylaşmaq istəyir

Bakı. Hüseyn Vəliyev - Trend:

Türkiyə telekommunikasiya sahəsində əldə etdiyi təcrübəni Cənubi Qafqaz regionunda paylaşmaq istəyir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Bakıda səfərdə olan Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Əhməd Arslan deyib.

Nazir qeyd edib ki, Türkiyə tərəfi bu sahədə Azərbaycan qurumları ilə çox gözəl əməkdaşlıq edir:

"Biz sadəcə bununla kifayətlənmək istəmirik, öz təcrübəmizi bütün regionda paylaşmaq niyyətindəyik. Bu gün biz Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri ilə, xüsusilə Rusiya, Çin, Qırğızıstan, Qazaxıstan, Gürcüstan nazirləri də görüşlər keçirdik. Azərbaycan və Türkiyə xüsusilə TASİM layihəsi çərçivəsində birgə çalışır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti