...

Nazir: "BakuTel" sərgisi Türkiyə şirkətləri üçün gözəl imkandır

Telekommunikasiya Materials 5 Dekabr 2017 11:34 (UTC +04:00)
BakuTel – 2017 23-cü Beynəlxalq “Telekommunikasiyalar və informasiya texnologiyaları” sərgisi və konfransı bu tədbirdə iştirak edən Türkiyə şirkətləri üçün öz nailiyyətlərini nümayiş etdirmək üçün gözəl imkandır.
Nazir: "BakuTel" sərgisi Türkiyə şirkətləri üçün gözəl imkandır

Bakı. Hüseyn Vəliyev - Trend:

"BakuTel - 2017" 23-cü Beynəlxalq “Telekommunikasiyalar və informasiya texnologiyaları” sərgisi və konfransı bu tədbirdə iştirak edən Türkiyə şirkətləri üçün öz nailiyyətlərini nümayiş etdirmək üçün gözəl imkandır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə sərgi çərçivəsində Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan deyib.

Ə.Arslan qeyd edib ki, telekommunikasiya və informasiya texnologiyaları sahəsini digər ölkələrlə müqayisə etdikdə Türkiyədə bu sahənin nə qədər inkişaf etdiyini görmək olar.

Nazirin sözlərinə görə, telekommunikasiya və informasiya texnologiyaları sahəsi ən sürətlə inkişaf edən sahələrdəndir.

Nazir həmçinin, BakuTel – 2017 sərgisinin keçirilməsinə görə, Azərbaycanı təbrik edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti