...

"Azercell"in yeni konseptli xidmət mərkəzi indi Bakı Beynəlxalq Avtovağzalında (FOTO)

Telekommunikasiya Materials 16 Yanvar 2019 19:38 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanın mobil rabitə bazarının lideri “Azercell Telekom” MMC müştərilərin rahatlığını düşünərək, Bakı Beynəlxalq Avtovağzalında yeni konseptli xidmət mərkəzini istifadəyə təqdim edib.

Şirkətdən Trend-ə verilən məlumata görə, yanvar ayının 15-dən etibarən abunəçilər burada bütün Azercell xidmətlərindən yararlana, nömrələr üzərində müvafiq əməliyyatlar apara, eləcə də şirkətin tarif və kampaniyaları haqqında ətraflı məlumat əldə edə biləcəklər. Həmçinin Azercell-in yeni xidmət mərkəzində yanvar ayının 15-dən etibarən 7 gün ərzində smartfon alan hər kəs 150 AZN dəyərində hədiyyə balansı əldə edəcək.

Qeyd edək ki, Azercell ölkə üzrə abunəçilərə xidmət göstərən geniş şəbəkəyə malikdir. Hazırda ölkə üzrə 8 müştəri xidməti ofisi, 1 məkanda 3 növ xidmət göstərən 29 Azercell Ekspress ofisi, 4 yeni konseptli xidmət mərkəzi fəaliyyət göstərir. Bundan əlavə, Azercell-in 20 Eksklüziv mağazası, 3 Asan Mərkəzlərində xidmət göstərən məntəqəsi var. 2018-ci ildə Bakı və bölgələrdə ümumilikdə 16 yeni Eksklüziv mağaza istifadəyə verilib. Onu da bildirək ki, Azercell Müştəri Xidmətləri sahəsində yenilikçi ruhu ilə hər zaman seçilib. Şirkət 1998-ci ildə ölkədə ilk dəfə olaraq 24/7 rejimində fəaliyyət göstərən Telefon Mərkəzi, 2009-cu ildə isə Gəncədə ilk Regional Telefon Mərkəzini yaradıb. Öz abunələrinə yalnız üz-üzə deyil, həm də onlayn şəkildə xidmət göstərən Azercell müştəri məmnuniyyəti sahəsində göstərdiyi uğurlu fəaliyyətinə görə dəfələrlə müxtəlif mükafatlara layiq görülüb.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti