Bakı. Trend:
"Gmail" istifadəçiləri elektron poçt xidmətinin işində problemlərlə qarşılaşıblar.
Trend-in məlumatına görə, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.
Məlumata əsasən, birinci problemlər Bakı vaxtı ilə saat 21:00 radələrində, daha sonra isə 00:00 radələrində qeydə alınıb.
Bildirilir ki, istifadəçilərin 36 faizi elektron məktub ala bilmədiklərini, 36 faizi xidmətin veb-saytının işləməməsini, 27 faizi isə hesaba daxil ola bilmədiklərini bildiriblər.
Şirkət elektron poçt xidmətinin işində problemlərin olduğunu təkzib edir.