...

Elektron informasiya ehtiyatlarının dövlət satınalmalarının vahid internet portalına inteqrasiya hədləri təsdiqlənib

Telekommunikasiya Materials 1 Fevral 2022 18:34 (UTC +04:00)
Elektron informasiya ehtiyatlarının dövlət satınalmalarının vahid internet portalına inteqrasiya  hədləri təsdiqlənib

Bakı. Trend:

Nazirlər Kabineti tərəfindən “Elektron informasiya ehtiyatlarının (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) dövlət satınalmalarının vahid internet portalına inteqrasiya olunması hədləri”nin təsdiq edilməsi barədə Qərar imzalanıb.

Trend xəbər verir ki, sənədə əsasən, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1433-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 668 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 454 nömrəli Fərmanının 1.6-cı bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

- “Elektron informasiya ehtiyatlarının (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) dövlət satınalmalarının vahid internet portalına inteqrasiya olunması hədləri” təsdiq edilsin.

- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın və Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki, bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş hədlərdə nəzərdə tutulmuş məlumatların Elektron Hökumət İnformasiya Sisteminə ötürülməsini 6 ay müddətində təmin etsinlər.

- Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş hədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə dövlət satınalmalarının vahid internet portalına və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 aprel tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət satınalmalarının vahid internet portalı haqqında” Əsasnamənin 5.1-ci bəndinə uyğun olaraq real vaxt rejimində satınalan təşkilata və dövlət satınalmalarının vahid internet portalının operatoruna ötürülməsi üçün zəruri tədbirlər görsün.

- Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti