...

Azərbaycan və Moldova arasında İKT sahəsində əməkdaşlıq müzakirə edilib

Telekommunikasiya Materials 16 Dekabr 2022 19:44 (UTC +04:00)
Azərbaycan və Moldova arasında İKT sahəsində əməkdaşlıq müzakirə edilib

Bakı. Trend:

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Moldova Respublikasının Baş nazirinin rəqəmsallaşma məsələləri üzrə müavini Yurie Tsurkanunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Trend-ə bildirilib ki, görüşdə Azərbaycan və Moldova arasında İKT, innovasiyalar və kibertəhlükəsizlik sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

“Elektron hökumət”, “Ağıllı şəhər” və süni intellekt istiqamətlərində əməkdaşlıq və təcrübə mübadiləsi, İT və innovasiyalar sahəsində insan kapitalının inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti