Bakı. Trend:
İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2025-ci ilin yanvar-fevral aylarında göstərilmiş xidmətlərin dəyəri 554 milyon manat təşkil edib.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 9,6 faiz artıb.
Göstərilmiş xidmətlər dəyərinin 70 faizi əhali tərəfindən istehlak olunub.
Xidmətlərdən əldə edilən gəlirin 35,2 faizi və ya 194,8 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.