...

Azərbaycanda informasiya və rabitə xidmətlərinin dəyəri 10% artıb

Telekommunikasiya Materials 21 Fevral 2026 12:00 (UTC +04:00)
Azərbaycanda informasiya və rabitə xidmətlərinin dəyəri 10% artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2026-cı ilin yanvar ayında göstərilmiş xidmətlərin dəyəri 316,1 milyon manat təşkil edib.

Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, əvvəlki ilin yanvar ayı ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 10 faiz artıb.

Bildirilib ki, sözügedən sahə üzrə ödənişli xidmətlərin dəyərinin 67,4 faizi əhali tərəfindən istehlak olunub. Bu sahədə əldə edilmiş gəlirin 84,1 faizi qeyridövlət sektorunun payına düşüb. Xidmətlərdən əldə edilən gəlirin 35,9 faizi və ya 113,4 milyon manatı isə mobil telefon rabitəsi sahəsində formalaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti