Payızda Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və ABŞ-ın Ticarət və İnkişaf Agentliyi (USTDA- United States Trade and Development Agency) arasında imzalanmış $735 min ölçüsündə qrant sazişi üzrə işlərə başlamaq planlaşdırılır. Rabitə Nazirliyindən Trend ə verilən xəbərə görə, əvvəlcə işlərin sentyabrın 19-da həyata keçirilməsi nəzərdə tutulsa da, bəzi obyektiv səbəblər üzündən bu məsələ daha gec müddətə təxirə salınıb.
Sazişdə texnologiyaların tətbiq olunması, restruktulaşma, təşkilati idarəetmə, RN-nin informasiya və kommunmkasiya texnologiyaları sektorunda biliyinin təkmilləşdirilməsinə yardım, həmçinin, siyasətin milli formalaşma prosedurlarının yaxşılaşdırılması üçün yeni institusional əlaqələrin müəyyən edilməsində dəstək öz əksini tapıb.
Qrant sazişinə əsasən, bu tədbirlərin həyata keçirilməsi üçün RN strateji, hüquqi və maliyyə məsələləri üzrə 3 müşavir təsdiq etməlidir.
2006-cı ilin iyul ayına kimi qüvvədə olacaq saziş RN-nin strateji və təşkilati restrukturlaşmasında texniki yardımın göstərilməsini nəzərdə tutur.
Saziş cari ilin yanvar ayında rabitə naziri Əli Abbasov və ABŞ səfirliyinin Bakıdakı işləri üzrə müvəkkili Ceyson Haylend arasında imzalanıb.