Bakı Telefon Rabitəsi İB 46 ATS-in elektronlaşdırılmasını başa çatdırır. Bu barədə Trend ə müəssisədən məlumat verilib. Artıq 463/64/65, 468/69/60 ATS-i quraşdırılıb.
461/62, 60 ATS-i üzrə işlər başa çatmaq üzrədir və nömrələrin köçürülməsi istiqamətində tədbirlər görülür. Növbəti mərhələdə 471/472/473 və 474/475/476, o cümlədən 438/439, 494/495, 423 ATS-nin yenidən qurulması gözlənilir.
Hazırda paytaxt üzrə rabitənin elektronlaşdırılma səviyyəsi 80,6%-dən çox, Azərbaycanın digər bölgələri üzrə 62,8% təşkil edir.
Elektronlaşdırma çərçivəsində köhnə ATS-lər NGN texnologiyaları üzrə yeniləri ilə əvəz olunur və yeri variantda 4 indeksi 5 indeksi ilə əvəz olunur (məsələn, 466 indeksi 566 indeksi ilə).
Bugünədək müəssisə yeni 566/ 567/514 və 568/569/560 NGN stansiyaları istismara verib, 494/495 ATS-nin binasında əlavə 4800 nömrə quraşdırılıb.
Bu tədbirlər 2004-2008-ci illərdə Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafı üzrə dövlət proqramına uyğun olaraq həyata keçirilir.