...

Azercell Telecom Consulting & Business nəşriyyatını iki nominasiyası üzrə mükafatlandırılıb

Telekommunikasiya Materials 21 Noyabr 2006 18:39 (UTC +04:00)

Azərbaycanın mobil operatoru Azercell Telecom Consulting & Business jurnalı tərəfindən təsis edilmiş mükafata layiq görülüb. Trend şirkətə istinadən bildirir ki, jurnal "İlin şirkəti" adlı milli mükafat təsis edib. Azercell iki nominasiyada "Korporativ sosial məsuliyyət" və "Telekommunikasiya" üzrə qalib olub. Təltif etmə mərasimində mükafat Azercell Telecomun baş direktoru Halim Atəşə təqdim olunub.

Azercell Telecom müştərək müəssisəsi 1996-cı ilin 19 yanvarında yaradılıb. İlk təsisatçılar kimi Turkcell İletim Hizmetleri A.S. və Azərbaycan Rabitə Nazirliyi çıxış edib. Hazırda Azərbaycan mobil rabitə bazarının 78% -nə nəzarət edən MM abonentlərinin sayı 2 milyon nəfəri keçib. Şirkət Azərbaycanda fəaliyyətdə olduğu müddətdə rabitənin inkişafına $ 490 milyon investisiya qoyub. Bakıda və ölkənin digər regionlarında Azercell Expressin 11 ofisi, 11 distribütoru, 7 xidmət mərkəzi, 300 diler və 7 min ticarət məntəqəsi fəaliyyət göstərir.

İlin sonuna kimi şirkət $142 milyon əlavə sərmayə yatırmağı və 289 baza stansiyası quraşdırmağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti