...

Bakıda İnternet texnologiyalarının təhsil sahəsindəki rolu müzakirə olunub

Telekommunikasiya Materials 23 Noyabr 2006 18:48 (UTC +04:00)

Bu gün Bakıda "Təhsil sahəsində İnternet texnologiyalarının rolu" mövzusunda dəyirmi masa keçirilib. Tədbirin təşkilatçısı qismində Azərbaycanın İnternet Forumu çıxış edib. Trend Foruma istinadən xəbər verir ki, Forumun başçısı Osman Gündüz və İKT tədris üzrə AzNet layihəsinin koordinatoru Səməd Abbasov "İnternet-texnologiyaların rolu: problemlər və perspektivlər" və "Təhsildə İnternet: texnoloji məsələlər" təqdimatı ilə çıxış edib.

Dəyirmi masada Delta Telekom şirkətinin texniki direktoru Rahid Ələkbərli, Milli Elmlər Akademiyasının informasiya texnologiyaları institutunun direktoru Rasim Əliquliyev, eləcə də Rabitə və İnformasiya Texnologiyaları Nazirliklərinin, UNİCEF, Təhsil Nazirliyi, Hewlett Packard şirkətinin nümayəndələri də çıxış edib. Görüş iştirakçıları təhsil sahəsində İnternet-texnologiyaların tətbiq edilməsi vəziyyəti, məktəblilərin İnternetə çıxmaq imkanları, təhsil sahəsində İnternet ehtiyatların vəziyyəti, informasiya-kommunikasiya texnologiyalarının metodiki-hüquqi bazası üzrə diskussiyalar keçiriblər.

Çıxışlarda İKT müəllimlərin hazırlanması sahəsində problemlərin olması, metodik nəşrlərin olmaması qeyd olunub. Təhsil sahəsində İnternet resurslar üçün vahid standartların hazırlanması, eləcə də təkliflərin Təhsil Nazirliyinə təqdim olunması üçün onların ümumiləşdirilməsi xüsusilə qeyd olunub.

Xəbər lenti

Xəbər lenti