...

Azercell 300-cü operatorla rouminq sazişi bağlayıb

Telekommunikasiya Materials 24 Noyabr 2006 17:56 (UTC +04:00)

Azərbaycanın mobil operatoru - Azercell Telekom birgə müəssisəsi (BM) beynəlxalq rabitəyə inteqrasiyasını davam etdirərək, rouminq sahəsində dünyanın 135-ci ölkəsində 300-cü operatorla saziş imzalayıb. Trend şirkətin mətbuat xidmətinə istinadən xəbər verir ki, Vyetnamın Vinaphone şirkəti Azercell Telekom-un rouminq tərəfdaşları siyahısına 135-ci ölkədə 300-cü operator kimi daxil olub.

Bundan öncə isə şirkət İslandiyanin Iadafone İceland operatoru ilə rouminq sazişi bağlayıb. Bu, şirkətin artıq İslandiyadakı sayca üçüncü rouminq tərəfdaşıdır. Belə ki, "Azercell" abunəçiləri eyni zamanda İslandiyanın "Siminn Iceland Telecom", "Landssiminn" operatorlarının xidmətindən yararlanırlar.

Rouminq xidmətinin göstərilməsinə 10 il əvvəl Türkiyənin "Turkcell" şirkəti ilə əməkdaşlıqdan başlayan "Azercell" indi Azərbaycanın mobil rabitə bazarında ən çox xarici GSM tərəfdaşı olan şirkətdir.

Azercell Telecom BM 19 yanvar 1996-cı ildə yaranıb. Onun ilk təsisçiləri qismində Turkcell İletişim Hizmetleri A.S. və Azərbaycanın Rabitə Nazirliyi çıxış edib. Şirkət öz fəaliyyətinə 15 dekabr 1996-cı ildə, abunəçilərinə sonradan ödənilmə əsasında mobil rabitə xidməti təqdim etməklə başlayıb. 1998-ci ildə öncədən ödənilmə sistemi - SimSim tarif planı, 2005-ci ilin may ayından etibarən isə GəncSim - gənclər üçün tarif planı tətbiq edilib.

Xəbər lenti

Xəbər lenti