Hazırda Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Aztelekom İB şəbəkəsi üzrə sərbəst həcmlərin istifadə faizi (yeni rəsmiləşdirilmiş telefonlar da daxil olmaqla) ilk dəfə olaraq 95%-ə çatıb.
Trend in müəssisənin rəhbəri Məhəmməd Məmmədova istinadən xəbər verdiyi kimi, ilin əvvəlindən müəssisə üzrə çəkilmiş telefonların sayı 70 min (bu il noyabrın 20-si üçün 69.351 nömrə) təşkil edib.
Bundan başqa, ilin əvvəlindən etibarən İB 53.580 abunəçi üçün telefon çəkib. İlin sonunadək əlavə olaraq 15 771 telefon xətti çəkiləcək.
İlin sonunadək İB abunəçilərinin sayı 80 min nəfəri keçəcək.
Rabitə Nazirliyinin əsas müəssisəsi olan Aztelekom İB Bakı və Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, bütün respublikada beynəlxalq və şəhərlərarası telefon rabitəsini təmin edir. 54 telekommunikasiya müəssisəsi, Bakı Şəhərlərarası Telefon Qovşağı, Kabel Magistral Texniki Qovşağı və Təmir-Tikinti İdarəsi İB-nin tabeliyindədir.