...

Azercell Azərbaycanda ilk beynəlxalq MMS müqaviləsi imzalayıb

Telekommunikasiya Materials 5 Aprel 2007 16:14 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva / Azərbaycanın mobil rabitə operatoru Azercell Telecom BM abonentlərin qarşılaşa biləcəyi məsafə probleminin aradan götürülməsi istiqamətində Azərbaycanda ilk dəfə olaraq beynəlxalq MMS rouminq xidmətini istifadəyə verib. Bu barədə BM-dən məlumat verilib.

İsveçin "Telia-Sonera" şirkəti ilə ilk beynəlxalq MMS müqaviləsini imzalayan "Azercell Telekom" bu sahədə fəaliyyətini daha da intensivləşdirərək yeni mobil operatorlarla bu xidməti istifadəyə vermək istiqamətində çalışır.

Operator indiyə kimi 36 ölkənin 78 operatoru ilə GPRS/MMS müqaviləsi imzalasa da, adı çəkilən saziş əvvəlkilərdən xidmətin imkanlarına görə ciddi fərqlənir. Belə ki, indiyə kimi istifadədə olan GPRS/MMS rouminq xidməti vasitəsilə xarici ölkədə olan abonent yalnız digər "Azercell" abonentləri ilə MMS mübadiləsi aparmaq və GPRS-dən istifadə etmək imkanlarını əldə edib. Yeni beynəlxalq xidmət isə "Azercell" abonentlərinə həm də digər mobil opertorun - "Telia-Sonera"nın abonentlərilə MMS mübadiləsi aparmağa imkan yaradır.

Qeyd edək ki, "GPRS", "EDGE", "Simurq" kimi mobil texnologiyanın ən müasir xidmətlərini də ölkəmizə ilk dəfə "Azercell Telekom" BM gətirib.

Azərbaycanda ilk dəfə GSM texnologiyasını sınaqdan çıxaran və 2,4 mln.-dan çox abonenti olan "Azercell Telekom" BM 3G texnologiyasının tətbiqinə hazırlaşır.

Xəbər lenti

Xəbər lenti