...

Bakıda rabitə sahəsində Regional Birlik Konfransının toplantısı başa çatıb

Telekommunikasiya Materials 13 Aprel 2007 21:00 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Bu gün Bakıda informasiyalaşdırma və rabitənin iqtisadiyyatı mövzusunda Regional Birlik Konfransının toplantısı öz işini yekunlaşdırıb. Bu barədə cümə günü Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat veriblər. Toplantıda informasiyalaşdırma səhəsində Azərbaycanı nazirliyin İnformasiya cəmiyyəti şöbəsinin müdiri, Komissiyanın sədr müavini Rüfət Gülməmmədov, rabitənin iqtisadiyyatı sahəsində isə Maliyyə, hesabat və iqtisadiyyat şöbəsinin müdiri Rəşad Nəbiyev təmsil edib.

RBK toplantısında elektron hökumətin yaradılması layihəsində MDB ölkələrinin strateji əməkdaşlıq barədə fəaliyyət planı, təhsilin inkişafında IT-nin tətbiqi, RBK ölkələrində informasiya texnologiyaları parklarının yaradılması təcrübəsi müzakirə olunub.

Rabitənin iqtisadiyyatı mövzusunda keçirilən toplantıda isə iştirakçılar təcrübə mübadiləsi, poçt qanunvericiliyinin formalaşdırılmasının prinsipləri və poçt rabitəsinin inkişafı, telekommunikasiya şirkətlərinin özəlləşdirilməsi təcrübəsi və poşt rabitəsinin təşkili ilə bağlı məsələlər müzakirə olunub.

Komissiyanın iclasında Azərbaycanla yanaşı Belarus, Qazaxıstan, Moldova, Rusiya, Özbəkistan, Ukrayna, həmçinin Moskva elmi tədqiqat mərkəzinin və RBK İcraiyyə Komissarı iştirak edib.

Xəbər lenti

Xəbər lenti