...

Parisin Apellyasiya məhkəməsi Maltanın FİMbank-nın Azərbaycana qarşı şikayətinə baxacaq

Telekommunikasiya Materials 30 Aprel 2007 17:08 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ Maltanın FIMbank-ı (First International Merchant Bank) Parisin Apellyasiya məhkəməsinin yuxarı instansiya məhkəməsinin Azərbaycanın xeyrinə çıxartdığı qərarın icrasına dair qərarı yerinə yetirdiyi ilə bağlı Azərbaycan tərəfinə rəsmi bilgi verib. Bu barədə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat veriblər.

Qeyd edək ki, yuxarı instansiya məhkəməsinin müvafiq qərarı 2006-cı ilin noyabrında qəbul edilib. Bu qərara əsasən FİMbank mənəvi ziyana görə Azərbaycan tərəfinə 5 min avro və məhkəmə-prosedur xərclərinin ödənilməsi üçün 900 avro verməli idi. Yuxarı instansiya məhkəməsinin qərarı bir müddət icra olunmamış vəziyyətdə qalıb. Buna səbəb FİMbank-ın Parisin Apellyasiya məhkəməsinə etdiyi şikayət olub.

Azərbaycan tərəfi etiraz edib ki, yuxarı instansiya məhkəməsinin qərarı icra olunmadan Parisin Apellyasiya məhkəməsi FIMbank-ın şikayətinə baxa bilməz. Nəticədə bu, Azərbaycan tərəfi üçün müsbət nəticəyə gətirib çıxarıb. Belə ki, FİMbank məhkəmənin müvafiq qərarını icra etməyə hazır olduğunu bildirib.

Məsələ ilə bağlı dinləmələr mayın 3-də keçiriləcək. Bu dinləmələrdə yuxarı instansiya məhkəməsinin Azərbaycanın xeyrinə çıxartdığı qərarın əsasları nəzərdən keçiriləcək. Nazirlikdən bildiriblər ki, əgər Parisin Apellyasiya məhkəməsi maltalıların xeyrinə qərar çıxartsa, Azərbaycan Ali məhkəməyə şikayət etməli olacaq.

Xatırladaq ki, FIMbank-la Azərbaycan arasındakı məhkəmə çəkişməsi 2004-cü ilin iyulundan başlayıb. Bank kreditin qaytarılmaması faktı ilə bağlı Rotterdam və Paris məhkəməsinə müraciət edib. Maltalıların iddiasına görə, bu kredit Rabitə Nazirliyinin "Pochtbank"ının zəmanəti ilə nazirliyin mövcud olmayan müəssisələrinə (Aztell-ə 3,035 mln. və Baktell-ə 1,56 mln. dollar) verilib.

Xəbər lenti

Xəbər lenti