...

"İnformasiya cəmiyyəti – inkişafın yeni mərhələsi" adlı qrant müsabiqəsi elan olunub

Telekommunikasiya Materials 2 May 2007 14:02 (UTC +04:00)

Azərbaycan,Bakı/ Trend /Azərbaycanın Rabitə Nazirliyi və Dünya Bankı arasında kiçik qrantlar proqramı üzrə əməkdaşlıq haqqında imzalanmış protokol çərçivəsində "İnformasiya cəmiyyəti - inkişafın yeni mərhələsi" adlı qrant müsabiqəsi elan olunub.

Müsabiqə Azərbaycan Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmiş QHT-lər üçün nəzərdə tutulub. Layihələrə məhdudiyyət qoyulmayacaq və onlar informasiya texnologiyalarının tətbiqi ilə təhsil və səhiyyə islahatları, yoxsulluğun azaldılması və insan hüquqlarının qorunması kimi problemlərin həllinə aid ola bilər.

Layihələr iki nüsxədə - Azərbaycan və ingilis dillərində hazırlanmalıdır və özündə problemin qoyuluşu, məqsəd, davamlılıq, gözlənilən nəticə, fəaliyyət planı, detallı büdcə və digər komponentləri əks etdirməlidir. Layihələr mayın 15-dək Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzinə təqdim olunmalıdır.

Xəbər lenti

Xəbər lenti