...

Azərfon abunəçiləri üçün ödəmə kartlarının istifadə müddətini artırdı

Telekommunikasiya Materials 5 İyun 2007 16:41 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Azərbaycanın Nar Mobile ticarət nişanı ilə GSM standartlı mobil rabitə xidmətləri göstərən mobil rabitə operatoru Azərfon BM iyunun 1-dən etibarən Rəngarəng Zövqlər tarif planının istifadəçiləri üçün balansa yüklənən bütün ödəniş kartlarının istifadə müddətini artırıb.

Nar Mobile istəfədəçinin balansına yüklənmiş ödənişlər üçün aşağıdakı istifadə müddətini təklif edir:

1 AZN-dən 2 AZN-a qədər 30 gün
2.01 AZN-dən 4.99-a AZN qədər 45 gün
5 AZN-dən 10 AZN-a qədər 60 gün
10.01 AZN-dən 20 AZN-a qədər 90 gün
20.01 AZN-dən 50 AZN-a qədər 120 gün
50.01 AZN-dən artıq 180 gün

Abunəçi mobil rabitə xidməti haqqını Nar Mobile Mərkəzləri və müvafiq bank filiallarında nəğd olaraq, müxtəlif bankların bankomatlarından istifadə edərək kredit kartı və Nar Kart alaraq aktivləşdirmə yolu ilə ödəyə bilər.

Nar Mobile şəbəkədaxili 1 dəqiqə danışıq üçün 4 qəpikdən başlayan səmərəli qiymətlər təqdim edir. Bununla yanaşı, Nar Mobile öz abunəçilərinə 2 sevimli nömrə təyin etməklə 50% güzəştli danışıq imkanı yaradır.

Azərfon MMC-yə ölkədə GSM standartlı mobil rabitə xidmətləri göstərmək üçün Rabitə və İnformasiya Texnolo giyaları Nazirliyi tərəfindən 30 dekabr 2005-ci il tarixdə lisenziya verilib. Şirkət öz kommersiya fəalliyyətinə 21 mart 2007-ci il tarixində başlayıb.

Xəbər lenti

Xəbər lenti