...

Azərbaycanda kompüter istifadəçilərinin sayı açıqlanıb

Telekommunikasiya Materials 13 İyun 2007 12:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müx.S.Babayeva/ Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2007-ci ilin əvvəlində Azərbaycanda 1430,9 nəfər kompüterdən istifadə edib ki, bu rəqəmin 932,9 nəfəri kişi, 498 mini isə qadındır. 2006-cı ilin son üç ayı ərzində istifadəçilərin 49,1%-i kompüterdən gündəlik, 38,9%-i həftədə bir dəfə, 7%-i isə ayda bir dəfə istifadə edib.

Komitədən bildirilib ki, evdə kompüterdən istifadə edənlərin sayı artıb. Belə ki, istifadəçilərin 33,5%-i evdə , 28, 9%-i işdə , 17,6%-i təhsil müəssisələrində və digər şəraitdə işləyiblər.

İstifadəçilərin 53,2%-i 16-24 yaş kateqoriyasına, 9,1%-i orta təhsilə, 38,6%-i orta-ixtisas təhsilinə, 52,4%-i isə ali təhsilə malikdir. Ölkədəki kompüterlərin ümumi sayı 261,4 min təşkil edib ki, bu rəqəmin də 176,9 mini ayrı-ayrı şəxslərin, təşkilat vəşirkətlərin payına düşür.

Xəbər lenti

Xəbər lenti