...

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin informasiya bazasının yaradılması üçün ekspertlərin seçimi elan edilib

Tender müsabiqələri Materials 25 İyul 2011 14:33 (UTC +04:00)
Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanan şəhərsalma sənədlərinin və şəhərsalma norma və qaydalarının yoxlanılması və ya ekspert rəyinin bildirilməsi üçün 2011-ci ildə ekspertlərin cəlb olunması planlaşdırılır.
Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin informasiya bazasının yaradılması üçün ekspertlərin seçimi elan edilib

Azərbaycan, Bakı, 25 iyul /Trend/

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanan şəhərsalma sənədlərinin və şəhərsalma norma və qaydalarının yoxlanılması və ya ekspert rəyinin bildirilməsi üçün 2011-ci ildə ekspertlərin cəlb olunması planlaşdırılır və bununla bağlı məlumat bazası yaradılır.

Dövlət komitəsinin məlumatına əsasən, bu işlər dövlət büdcə vəsaiti hesabına yerinə yetirilir.

Müsabiqədə aşağıdakı sahələr üzrə ekspertlər seçiləcək:

I. Şəhərsalma sənədləri üzrə:

- regional planlaşdırma sxemləri/layihələri üzrə baş mühəndis və ya baş memar;

- şəhərlərin baş planları və müfəssəl planlaşdırma layihələri üzrə baş memar;

- şəhərsalma layihələrinin nəqliyyat bölməsi üzrə mütəxəssis;

- şəhərsalma layihələrinin ekologiya bölməsi üzrə mütəxəssis;

- şəhərsalma layihələrinin iqtisadiyyat bölməsi üzrə mütəxəssis;

- şəhərsalma layihələrinin su təchizatı və kanalizasiya bölməsi üzrə mütəxəssis;

- şəhərsalma layihələrinin elektrik təchizatı bölməsi üzrə mütəxəssis;

- şəhərsalma layihələrinin istilik təchizatı bölməsi üzrə mütəxəssis.

II. Şəhərsalma norma və qaydaları üzrə:

- içtimai, yaşayış, inzibati və məişət binaların layihələndirilməsi üzrə mütəxəssis;

- nəqliyyat-yol qurğularının layihələndirilməsi üzrə mütəxəssis;

- hidrotexniki qurğularının layihələndirilməsi üzrə mütəxəssis;

-istilik, ventilyasiya və kondisionerləşdirmə sistemlərinin layihələndirilməsi üzrə mütəxəssis;

- inşaat konstruksiyalarının layihələndirilməsi üzrə mütəxəssis;

- ərazilərin mühəndis mühafizəsi üzrə mütəxəssis.

Ekspert kimi cəlb ediləcək mütəxəssislər analoji sahədə ən azı 10 il iş təcrübəsinə və müvafiq ali təhsilə malik olmalıdırlar.

Müsabiqədə iştirak etmək üçün adı çəkilən tələblərə cavab verən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:

- ekspert kimi fəaliyyət sahəsini göstərməklə Komitə sədrinin adına ərizə;

- şəxsiyyəti təsdiq edən sənədin sürəti;

- ali təhsil haqqında sənədin təsdiqlənmiş sürəti;

- tərcümeyi hal;

- əmək kitabçasından çıxarış;

- yerinə yetirdikləri analoji işlərin siyahısı.

Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər 22 avqust 2011-ci il, yerli vaxtla saat 18:00 qədər Azərbaycan Respublikası, Bakı şəhəri, Füzuli küçəsi 65, 3-cü mərtəbədə yerləşən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 324 nömrəli otağına təqdim edilməli və ya [email protected] elektron ünvanına göndərilməlidir.

Telefonlar: 595-89-27, daxili 2-32

Faks: 498-14-14

Əlaqələndirici şəxs: T.Əliyev.

Xəbər lenti

Xəbər lenti